Saxta endirim kampaniyalarına inanmayın!
28 Avqust 2012 16:28 İqtisadiyyatİqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən Bakı şəhəri, Nəsimi rayonu, Füzuli küçəsi, 73 ünvanında Hamlet Mollayevə məxsus mağazada aparılan yoxlama zamanı qeyri-dəqiq reklamdan istifadə edilməklə istehlakçıların aldadılması halı müəyyənləşdirilmişdir. Belə ki, mağazada endirimlərin tətbiq olunması barədə reklam verilsə də, satışda olan mallara endirimin tətbiq edilmədiyi aşkarlanmışdır.
Bundan başqa, qeyd olunan reklamın aidiyyəti strukturlardan icazə alınmadan yayımlandığı aşkarlanmışdır.
Dövlət Xidməti tərəfindən görülmüş tədbirlər nəticəsində qanunsuz reklamın yayımı dayandırılmışdır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31