“Biz son illər taxıl istehsalını artıra bilsək də, hələ özümüzü tam təmin edə bilmirik” - AÇIQLAMA

Əli Məsimli: “Bu çörək və çörək məhsullarının qiymətinin artmasına gətirib çıxarmamalıdır”

Biz son illər taxıl istehsalını artıra bilsək də, hələ özümüzü tam təmin edə bilmirik. Bunu "OLAYLAR"a açıqlamasında millət vəkili Əli Məsimli deyib. Onun sözlərinə görə, taxıl istehsalında müəyyən nailiyyətlər olsa da un xaricdən idxal olunur: "İndi dünya bazarında bu məhsulun qiymətində dəyişikliklər özünü göstərməyə başlayıb. Bu dəyişikliklər bazar iqtisadiyyatı şəraitində müxtəlif ölkələrdə bir qədər az, bir qədər çox olmaq şərti ilə özünü göstərəcək. Təbii ki, Azərbaycana da təsir etməlidir. Amma bu çörək və çörək məhsullarının qiymətinin nəzərə çarpan dərəcədə artmasına gətirib çıxarmamalıdır. Buna əsas yoxdur".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31