Flora Kərimovadan etiraf: “Həyat yoldaşım mənə deyirdi ki...” - VİDEO
Xalq artisti Flora Kərimova açıqlamaları ilə diqqət çəkib.
5 Avqust 2021 16:26 İncəsənətXalq artisti Flora Kərimova açıqlamaları ilə diqqət çəkib.
Olaylar.az xəbər verir ki, "Özəl" verilişinə qonaq olan sənətçi şəxsi həyatından danışıb. F.Kərimova xasiyyətinin çox ağır və dözülməz olduğunu etiraf edib:
"Mənim 80 yaşım var. Dilim zəhərdir. Maksimalist və prinsipialam. Bu, mənə yaşamağa çox mane olur. Özüm buna dözə bilirəm, amma müəyyən səviyyəyə qədər... Özüm dözülməzəm. Həyat yoldaşım - rəhmətlik professor İbrahim Topçubaşov mənə deyirdi ki, "Acılığından udmaq olmur, şirinliyindən atmaq olmur".
Qeyd edək ki, Xalq artisti iki dəfə ailəli olub. İlk həyat yoldaşı məşhur cərrah İbrahim Topçubaşovdur. Onun ölümündən bir neçə il sonra Flora xanım qızı Zümrüdün atası Faiq Şəfiyevlə ailə qurub.(baku.ws)