Səhhəti ağırlaşan Mətanət barədə YENİ XƏBƏR

Koronavirusa yoluxan Əməkdar artist Mətanət İsgəndərli dünən reanimasiyadan palataya yerləşdirilib.

Olaylar.az lent.az-a istinadən xəbər verir ki, bu barədə müğənninin bacısı Təranə İsgəndərli məlumat verib:

"Mətanət xanımın vəziyyəti çox ağır idi. Özünü çox pis hiss edirdi. Şükürlər olsun, əvvəlkinə baxanda, indi bir az normaldır. Amma özü çox zəifləyib, heysizdir.  Müalicəsini palatada davam etdirir". 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31