“İçərişəhər” Muzey Mərkəzinin fondlarına dekorativ tətbiqi sənət nümunələri hədiyyə olunub

Zəngin və rəngarəng, həndəsi ornamentli naxışların üstünlük təşkil etdiyi, qədim tarixi köklərə və ənənələrə bağlı sənətkarlıq növü olan qurama sənəti Azərbaycanın bədii sənət mədəniyyətində özünəməxsus yer tutur. Lakin çətin sənət növü olan qurama zaman keçdikcə tədricən unudulmağa başlayıb. Ancaq sevindirici bir haldır ki, ölkəmizin bəzi bölgələrində bu gün də qurama sənəti ilə məşğul olmuş nənələrimizin əl işlərinə rast gəlmək olur.

"İçərişəhər" Muzey Mərkəzindən  bildirilib ki, belə əl işlərindən olan nəfis tərtibatlı iki ədəd qurama "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin əməkdaşı Taleh Abbasov tərəfindən mərkəzə hədiyyə olunub.

Hədiyyə olunmuş qurama sənətinin gözəl nümunələrin müəllifi Şamaxı rayonunun Dəmirçi kənd sakini Bəsirə Məmmədovadır. Bu rəngarəng qurama 1945-1950-ci illərə aiddir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31