Sərxanın vəziyyəti yenidən ağırlaşdı - "Huşsuz vəziyyətdədir, nəfəs ala bilmir"
24 Avqust 2018 16:56 İncəsənətDünən halı pisləşən və sonradan vəziyyəti stabilləşən tanınmış aparıcı Sərxan Kərəmoğlunun səhhəti yenidən ağırlaşıb.
Olaylar.az bildirir ki, yenicag.az-ın əldə etdiyi məlumata görə, tənəffüs çatışmazlığından əziyyət çəkən aparıcı üçün təcili yardım maşını çağırılıb. Həkimlər onu oksigen balonu ilə xəstəxanaya aparıblar. Aparıcının vəziyyətinin hazırda kritik olduğu deyilir.
S.Kərəmoğlu ilə əlaqə saxladıq, telefonunu cavablandıran yaxını xəbəri təsdiqlədi:
"Sərxan son günlər çox stress və əsəb sarsıntısı keçirdi. Bu da ağır nəticə. Yaxşılaşmışdı, qəfildən halı pisləşdi. Huşsuz vəziyyətdədir, nəfəs ala bilmir. Həkimlər onun durumunu ağır qiymətləndirir".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31