Emil Rəhmanov "O səs Türkiyə"də — VİDEO
18 Avqust 2018 15:17 İncəsənət"Azəristar" mahnı müsabiqəsinin laureatı Emil Rəhmanov "O səs Türkiyə" yarışmasına qatılacaq.
Bu barədə "Ölkə.Az"a sənətçinin özü məlumat verib. Onun sözlərinə görə, sentyabrın 5-nə qədər Türkiyədə olacaq:
"Artıq repertuarım hazırdır. Bu müsabiqəyə musiqiçi dostların, yaxınların məsləhəti ilə qatılıram. Əgər işlərim yaxşı alınsa, karyeramı Türkiyədə davam etdirəcəyəm".
Qeyd edək ki, Emil Rəhmanov tanınmış aktyor Rəhman Rəhmanovun oğludur.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31