"Namiqlə Eltonu təyyarəyə buraxmadılar" - Tolik
7 Avqust 2018 12:24 İncəsənətProdüser Tarix Əliyev (Tolik) müğənni Elton Hüseynəliyev və meyxanaçı Namiq Qaraçuxurlu ilə bağlı maraqlı hadisəni bölüşüb.
Axşam.az-ın məlumatına görə, (Tolik) "Hər şey daxil" verilişində bildirib ki, Türkiyədə olan zaman ifaçıları təyyarəyə buraxmayıblar:
"Bakıdan İstanbula uçduq. Ordan Antalyaya gedirdik. Namiq dedi gedək Eltonla bir az gəzək. Biz mindik təyyarəyə, Namiqlə Eltonu buraxmadılar, gecikdilər. Yalvardıq, dedilər olmaz. Hətta dedim mən çıxım onlar gəlsin. Dedilər yox".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31