Musiqiçilərimiz səfərdə

Türksoy Beynəlxlaq Mədəniyyət Təşkilatının dəvəti ilə bir qrup azəbaycanlı musiqiçilər " Baharın və Qardaşlığın Bayramı Novruz Proqramı" adlı konsert proqramında iştirak etmək üçün dəvət alıblar. Adı çəkilən proqram Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Türkmənistan arasında diplamatik münasibətlərin 25 - illiyinə həsr olunub.  Ölkəmizi bu proqramda təmsil edən musiqiçilərimiz  Türkiyənin bir sıra şəhərlərində konsert proqramı ilə çıxış edəcəklər.  

Tarzən Ruslan Zərbəliyevin "Olaylar" - a verdiyi məlumata əsasən, musiqiçilərimiz martın 20 - də Türkiyənin paytaxtı Ankara şəhərində Abdulla Qurbaninin rəhbərlik etdiyi orkestrlə birgə konsert proqramı ilə çıxış ediblər.  Martın 21 - də Bolu şəhərində çıxış edən, Ruslan Zərbəliyev (tar), Şəhriyar Musayev (kamança), Elnur Əliyev (nağara) və  Babək Quliyev ( nağara) martın 22 - də Bursada, 24 - də isə Türkiyənin  Ədirnə şəhərində çıxış edəcəklər. Musiqiçilərimiz daha  sonra, Ruminya  və Moldovyada konsert proqramları ilə çıxış edəcəklərini bildiriblər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31