“Brend kimi kişi” - İrina Eldarovanın sərgisi
6 Fevral 2017 12:54 İncəsənətFevralın 7-də Müasir İncəsənət Muzeyində tanınmış azərbaycanlı rəssam İrina Eldarovanın "Brend kimi kişi" sərgisinin açılışı olacaq.
Muzeydən "Olaylar" - a verilən məlumata görə, İrina Eldarovanın "Brend kimi kişi" adlı yeni layihəsi kişi təxəyyülündən doğulmuş və formalaşmış dünyaya daxil olmaq cəhdidir. Rəssam fevralın 22-dək davam edəcək fərdi sərgisi üçün 40-a yaxın müxtəlif formatlı əsərlər yaradıb.
Qeyd edək ki, İrina Eldarova Bakıdakı "Xalqlar Dostluğu" metro stansiyasının monumental mərmər pannolarının müəllifidi. O, 2007-ci ildə "Qazaxıstanın dövlət kitabının nəşri" adlı ən yaxşı layihə üzrə ölkənin jurnalistlər cəmiyyətinin mükafatına layiq görülüb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31