İKT

Xaçmazda genişzolaqlı şəbəkənin tətbiqinin artırılması ilə bağlı pilot layihə tamamlanır

27 Oktyabr 2017 19:24

Azərbaycan Respublikasında telekommunikasiya və informasiya texnologiyalarının inkişafına dair Strateji Yol Xəritəsində nəzərdə tutulan tədbirlərin icrası ilə əlaqədar işlər davam etdirilir. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin “Aztelekom” Məhdud Məsuliyyətli Cəmiyyəti regionlarda telekommunikasiya infrastrukturunun son texnologiyalar əsasında yenidən qurulması işlərini aparır. Genişzolaqlı şəbəkənin tətbiqinin artırılması üçün Xaçmazda həyata keçirilən pilot layihə tamamlanmaq üzrədir. Reallaşdırılan irimiqyaslı layihə nəticəsində sabit genişzolaqlı şəbəkədə internetdən istifadə sürətinin artırılması məqsədi ilə bütün rayon ərazisində telekommunikasiya infrastrukturu yenidən qurulub, köhnə avadanlıqlar müasirləri ilə əvəz edilib.