İKT

“AppLab” iştirakçıları “Golden Byte 2018” müsabiqəsinin regional finalında qalib gəldilər

11 May 2018 16:12

Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi “Bakcell” şirkətinin “AppLab” inkubasiya proqramının iki iştirakçısı “Golden Byte 2018” müsabiqəsinin regional finalında qalib olub. Layihələrin qiymətləndirilməsi nəticəsində “AppLab” proqramında iştirak edən iki komanda yerli çempionatın “Startap” nominasiyasında I və II yerlərə sahib olublar. I yeri tutmuş “Run2Help” layihəsi istifadəçinin gün ərzində atdığı addımları sayıb onları pul vəsaitinə çevirən və qazanılmış məbləğı xeyriyyə məqsədilə ianə etmək imkanı verən mobil əlavədir. Bu layihənin komandası 19-20 May tarixlərində Ukraynanın Kiyev şəhərində baş tutacaq “Golden Byte 2018” finalında iştirak edəcək. Regional finalın II yerini isə xüsusi tətbiqetmə vasitəsilə müxtəlif məkanlarda tədbir təşkil edib dost-tanışları dəvət etmək imkanını verən “BuilDay” lahiyəsi tutub.

“WhatsApp” istifadəçilərinin NƏZƏRİNƏ: Bu YENİLİKDƏN MƏMNUN qalmayacaqsınız

5 May 2018 09:43

Dünyanın ən populyar messenceri olan “WhatsApp”da növbəti yenilik tətbiq olunacaq. Messencerdə reklamlar təqdim olunmağa başlanacaq. Bunu proqramçılar üçün keçirilən “Facebook F8” konfransında “Facebook”un vitse-prezidenti David Markus deyib. “Reklam mövzusunda bunu deyə bilərəm ki, “WhatsApp”ı reklamlar üçün açıq hala gətirəcəyik”, – deyə o, bildirib.

"Facebook Messencer"də YENİLİK

9 Aprel 2018 09:28

"Facebook Messencer"də tezliklə daha bir yenilik ediləcək. "WhatsApp"ın bəyənilən xüsusiyyətlərindən biri olan "ismarıcı geri alma" imkanı "Facebook Messencer"də də tətbiq ediləcək.

“YouTube” təhlükəsizlik tədbirlərini gücləndirir

5 Aprel 2018 09:37

“Yutub” şirkətin Kaliforniyadaki baş gərargahı qarşısındakı atışmadan sonra bütün dünya üzrə ofislərində təhlükəsizlik tədbirlərini gücləndirmək niyyətindədir. Bu barədə şirkətin "Tvitter" hesabında dərc edilmiş bəyanatda deyilir.

"Feysbuk" məhdudiyyətlər qoyacaq

5 Aprel 2018 09:33

"Feysbuk" sosial şəbəkəsi kənar tətbiqlər tərəfindən istifadəçilərin məlumatlarının əldə edilməsinə məhdudiyyətlər qoymaq niyyətindədir. Bu gündən etibarən "Feysbuk" (API) proqram interfeysi istifadə edən tədbiqlər qonaqlar siyahısına və “hadisə divarında” dərc edilən postlara giriş əldə edə bilməyəcək.

Vatsapda MÜHÜM YENİLİK

21 Mart 2018 10:46

"Android" sistemi ilə təchiz edilmiş smartfon istifadəçilərinə daha bir yenilik edilib. Vatsap mesenceri 3 yeni funksiyasını aktivləşdirib. Mesencerin yenilənmiş ən son versiyası "Android" idarəetməli mobil qurğularda qruplar üçün təsvir əlavə etməyə imkan verir. Link vasitəsilə yeni istifadəçilərin dəvəti zamanı məhz bu təsvir görünəcək.

Vatsapda daha bir YENİLİK

26 Fevral 2018 10:01

Vatsap messenceri iOS, Android və Windows sistemlərlə təchiz edilmiş smartfonlar üçün yeni funksiya hazırlayıb. Üzərində uzun zamandır çalışılan funksiya artıq istifadəyə verilib. Belə ki, mütəxəssislər feysbuk messencerindən ilhamlanaraq vatsapda da qrup söhbətləri üçün xüsusi bölmə yaradıblar. Vatsapda qrup söhbətlərini daha aydın və rahat etmək məqsədilə, yuxarı tərəfdə kiçik pəncərədə qrupun kim tərəfindən yaradıldığı, hansı məqsədlə yaradıldığı və şərh bölməsi qoyulub.

Sumqayıt bulvarında pulsuz "Wİ-Fİ"

2 Dekabr 2017 09:42

Sumqayıt bulvarında pulsuz "Wİ-Fİ" quraşdırılacaq. Yeni layihə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Sumqayıt Telekominikasiya Qovşağı tərəfindən həyata keçiriləcək. Artıq Sumqayıt sakinləri və şəhərə gələn qonaqlar Dənizkənarı bulvar ərazisində pulsuz internetdən istifadə edə biləcəklər. Bulvar ərazisinin internetlə təchiz olunması üçün nəzərdə tutulmuş avadanlıqlar hər 60 metrdən bir quraşdırılacaq.

Reyhan Camalova: İxtiramla bağlı 5 investordan təklif gəlib

1 Dekabr 2017 23:43

Hindistanın Heydərabad şəhərində keçirilən VIII Qlobal Sahibkarlıq Sammitində iştirak edən və ABŞ prezidentinin qızı və baş müşaviri İvanka Trampın bütün dünyaya nümunə göstərdiyi Reyhan Camalova artıq Bakıdadır.  15 yaşlı azərbaycanlı ixtiraçı səfər təəssüratlarını Xəzər TV-yə ilə bölüşüb. O, Azərbaycanı gənc yaşda təmsil etməkdən fəxarət hissi duyduğunu bildirib.

Az insanın bildiyi, möhtəşəm saytlar - NƏHƏNG ARXİV

27 Noyabr 2017 09:30

Aşağıdakı saytlara diqqətlə nəzər yetirin. Əminik ki, sizin də işinizə yarayacaq bir çox sayt kəşf edəcəksiniz. Bu məqaləni brauzerinizdə yadda saxlaya və ehtiyac olduğunda qeyd etdiyimiz saytları rahatlıqla tapa bilərsiniz. https://app.prntscr.com/tr/download.html- ekran şəkli (screenshot) çəkmə vasitəsi, linux, mac & windows üçün https://dictation.io/- səsli mesaj, not qeyd etmə servisi

Daha bir parkda pulsuz “Wi-fi” 

7 Noyabr 2017 21:52

“Bakı Telefon Rabitəsi” MMC pulsuz “Wi-Fi” xidmətinin əhatə dairəsini Nərimanov parkınadək (eyniadlı metro stansiyasının yaxınlığında) qədər genişləndirib. Şirkətdən verilən məlumata görə, yaxın zamanlarda xidmətin paytaxtın daha 3 parkın ərazisində tətbiq olunması nəzərdə tutulur. Bununla da pulsuz “Wi-Fi” xidmətinin əhatə etdiyi parkların sayı 20-ə çatacaq.

"Bad Rabbit" virusuna yoluxmuş faylları necə geri qaytarmalı?

2 Noyabr 2017 18:40

"Bad Rabbit" yaradıcıları tərəfindən buraxılmış az əhəmiyyətli əməliyyat xətaları nəticəsində bəzi qurbanlar şantajçının tələb etdiyi ödənişi etmədən öz fayllarını geri qaytara bilərlər.