Azərbaycanın ilk kibertəhlükəsizlik məhsulu təqdim olundu (FOTO)
19 Sentyabr 11:11 İKTAzərbaycanın ilk kibertəhlükəsizlik məhsulu təqdim olunub.
Olaylar xəbər verir ki, bu barədə ''Beynəlxalq Kibertəhlükəsizlik Günləri'' (ICSD-2024) konfransında məlumat verilib.
Bildirilib ki, PROCYBERLAB bir təhsil platformasıdır. Bu platforma digərlərindən fərqlənir. Platforma geniş bir auditoriyanı əhatə edir.
Qeyd edək ki, Bakıda növbəti - dördüncü ''Beynəlxalq Kibertəhlükəsizlik Günləri'' (ICSD-2024) konfransı keçirilir. Azərbaycan Respublikası Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti və "PROSOL" şirkətinin birgə təşkilatçılığı ilə ''Yaşıl iqtisadiyyat naminə kibertəhlükəsizlik'' mövzusuna həsr olunan konfransda kibertəhlükəsizlik sahəsində fəaliyyət göstərən yerli və xarici mütəxəssislərin, həmçinin dövlət qurumları, özəl müəssisəsə və təşkilatlarda bu sahəyə cavabdeh olan şəxslər iştirak edirlər.