Böyük Britaniya səfirliyi Azərbaycanla kiberəməkdaşlıq dövrünün başlanğıcını dəstəkləməyə hazırdır - Ferqus Old

Böyük Britaniya səfirliyi Azərbaycanla kiberəməkdaşlıq dövrünün başlanğıcını dəstəkləməyə hazırdır.

Olaylar.az xəbər verir ki, bu barədə Böyük Britaniyanın Azərbaycandakı səfiri Ferqus Old Böyük Britaniyanın Kibertəhlükəsizlik Sərgisində çıxışında deyib.

"Kibercinayətkarlıq qlobal problemdir. Bu, ayrılıqda hər birimiz üçün, eləcə də, şirkətlərimiz, banklarımız və hökumətlərimiz üçün təhdid təşkil edir. Ölçüsündən asılı olmayaraq, heç bir təşkilat bu təhdiddən sığortalanmayıb. Bu səbəbdən kiberhücum və texnoloji təhdidlərin yeni formalarına, o cümlədən dipfeyklərə və yalan məlumatların yayılmasına qarşı ayıqlıq nümayiş etdirməliyik", - deyə o qeyd edib.

Onun sözlərinə görə, Böyük Britaniya qbobal kiberkəşfiyyata, eləcə də, GCHQ (radioelektron kəşfiyyatın aparılması, həmçinin, hökumət orqanları və ordunun məlumatlarının mühafizəsinin təmin edilməsinə görə cavabdeh olan xüsusi xidmət) və Milli Kibertəhlükəsizlik Mərkəzi vasitəsilə təhdidlərin təhlilinə rəhbərlik edir.

"Biz kibertəhlükəsizlik sahəsində, xüsusən Londonda startaplar və innovasiyalar üçün mütərəqqi mərkəzlər yaratmışıq. Biz CyberFirst kimi proqramlar və universitetlərdə ali təhsil kurslarının köməyilə kibertəhlükəsizlik sahəsində təhsilə böyük diqqət ayırırıq. Kibertəhlüləsizlik qaydaları və siyasəti sahəsində yenilikçilik, o cümlədən məlumat, şəbəkə və informasiya sistemlərinin mühafizəsinə dair ümumi qaydalar, eləcə də, kibertəhlükəsizliyə qlobal təsir sayəsində kibertəhlükəsizlik üzrə beynəlxalq səylərdə fəal iştirak edir, NATO müdafiəsi və qlobal kibersiyasətə öz töhfəmizi veririk.

Böyük Britaniya səfirliyi yeni tərəfdaşlığı dəstəkləməyə və bu gün Böyük Britaniya və Azərbaycan arasında yeni kiberəməkdaşlıq dövrünün başlanğıcını dəstəkləməyə hazırdır", - deyə səfir əlavə edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31