Apple iPhone 15 seriyasının batareya ömrünü iki dəfə artırdı- ÖZƏL
21 Fevral 18:08 İKTApple "iPhone 15" seriyasının batareya ömrünü yeniləyib.
Olaylar.az xəbər verir ki, şirkət çərşənbə axşamı verdiyi açıqlamada bildirib ki, yeni "iPhone"lar 1000 dövrədən sonra orijinal doldurma qabiliyyətinin 80 faizini saxlaya bilir.
Təsadüfi deyil ki, bu dəyişiklik telefonların batareyasının ömrünə "enerji dərəcəsi" təyin edəcək Avropa İttifaqı qaydalarına uyğundur.
Əvvəllər Apple-ın onlayn dəstək sənədlərində bildirilirdi ki, "iPhone" batareyaları 500 dövrədən sonra orijinal tutumunun 80 faizini saxlayır. Bununla belə, "iPhone 15" seriyasının uzunmüddətli batareya sağlamlığını yenidən sınaqdan keçirdikdən sonra şirkət ən azı 1000 dövrədən sonra tutumun 80 faizini saxlaya bildiyini aşkar edib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31