Ən son “Windows 11”yeniləməsi istifadəçiləri qəzəbləndirdi!- ÖZƏL
20 Fevral 2024 22:58 İKTMicrosoft "Windows 11" üçün işini davam etdirir. Beləliklə, şirkət əməliyyat sistemini yeni funksiyalarla təchiz edir. Hər ay mühüm yeniləmələr buraxan şirkət fevral yamasını da təqdim etdi. Lakin bu yeniləmə özü ilə istifadəçiləri bezdirən xətanı da gətirdi.
Olaylar.az xəbər verir ki, "Microsoft" bu yaxınlarda "Windows 11" )23H2 və 22H2) üçün fevral yeniləməsini buraxıb. Bu əlamətdar yeniləmə bəzi səhvləri həll edib və bəzi yeniliklər gətirib. Lakin bu, Tapşırıq Paneli üçün problem yaradıb.
Bəzi istifadəçilər "Windows 11" fevral yeniləməsini quraşdırdıqdan sonra Tapşırıq çubuğunun yoxa çıxması, yəni olması lazım olan vəziyyətdə boşluq meydana gəldiyi barədə rəy bildirməyə başlayıblar. İstifadəçilər tapşırıq panelinin görünməməsi ilə bağlı bir çox problem yaşadıqlarını bildirirlər. Tapşırıq paneli, "Axtarış" aləti və "Başlat" düyməsi kimi əsas funksiyaları ehtiva etdiyi üçün bu xüsusiyyətlərə daxil olmaq mümkün deyil. Bundan əlavə, istifadəçilər Tapşırıq Panelinə bağladıqları proqramlara daxil olmaq üçün "File Explorer"dən istifadə edərək uzun axtarışlar aparmağa məcbur olurlar. Bunlar da istifadəçi təcrübəsinə çox pis təsir edir.