Google Xəritələrdə məhsuldar süni intellekt dövrü- ÖZƏL

Google Maps-də məhsuldar süni intellekt dövrü başlayır. Artıq istifadəçilər proqramdan söhbətə əsaslanan şəkildə istifadə edə biləcəklər.

Olaylar.az xəbər verir ki, "Google" bu gün verdiyi açıqlamada, LLM dəstəyi ilə Google Xəritələrə generativ süni intellekt xüsusiyyətinin əlavə edildiyini açıqlayıb. 

Hələ erkən girişdə olan bu xüsusiyyət böyük dil modellərindən (LLM) istifadə edərək daha şəxsi axtarış və naviqasiya təcrübəsi təqdim edəcək. Üstəlik, danışaraq yeni yerlər kəşf edə və axtardığınız yerlərə çata biləcəksiniz.

Bəs, necə işləyəcək? Yeni funksiya öyrəşdiyimiz axtarış təcrübəsi ilə müqayisədə danışıq hissi yaratmağı hədəfləyir. Məsələn, chr("39")chr("39")İstanbulda tarixi yerləri göstərchr("39")chr("39") üçün axtarış etdikdə, Xəritələr kateqoriyalar üzrə təşkil edilmiş təkliflərlə yanaşı fotoşəkillər və icmal xülasələri yaradacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31