Dövlət qurumlarının internet resurslarında boşluqlar aşkarlandı

2023-cü il ərzində Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti tərəfindən aparılan audit yoxlamaları və monitorinq nəticəsində dövlət qurumlarının 695 informasiya resursunda təhlükəsizlik boşluqları aşkarlanıb.

XRİTDX-dən Olaylar.az-a verilən məlumata görə, boşluqların aradan qaldırılması üçün müvafiq bildirişlə dövlət qurumlarına göndərilib.

Müqayisə üçün qeyd edilib ki, 2022-ci ilin eyni dövrü ərzində dövlət qurumlarında aparılan audit/pentest yoxlamaları və monitorinqlər nəticəsində 553 dövlət informasiya sistemində təhlükəsizlik boşluqları və nöqsanları aşkar edilərək aradan qaldırılması təmin edilib.

Azərbaycan Prezidentinin 1 avqust 2023-cü il 2279 nömrəli "Dövlət orqanları (qurumları) arasında sənəd mübadiləsinin elektronlaşdırılması haqqında" Fərmanının 8.2 və 8.3-cü bəndlərinin icrası məqsədilə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin hazırladığı "Rəqəmsal Sənəd Dövriyyəsi" alt sistemi, eyni zamanda bu sistemə qoşulacaq dövlət qurumlarında istifadə ediləcək 22 elektron sənəd dövriyyəsi sisteminin də auditi aparılıb.

Aşkar edilmiş informasiya təhlükəsizliyi boşluqları və nöqsanları aradan qaldırılması üçün hər bir sistemin sahibinə təqdim edilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31