"WhatsApp"da YENİLİK: eyni anda...

"WhatsApp"a yeni funksiya əlavə edilib.

Olaylar.az publika.az-a istinadən xəbər verir ki, proqramın iOS versiyasının istifadəçiləri 31 nəfərin iştirak edə biləcəyi qrup zəngləri edə bilərlər.

Proqramın yeni versiyası "App Store"da mövcuddur. Lakin hələ də yalnız beta testi üçün aktivdir.

Yeni funksiya tezliklə messencerin əsas versiyasında da istifadəyə veriləcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31