“TikTok”da çoxdan gözlənilən yenilik
28 Oktyabr 2023 13:22 İKTTikTok"da 15 dəqiqəlik videoların yüklənməsi funksiyası test edilir.
Olaylar.az-ın məlumatına görə, 15 dəqiqəlik videoların yüklənməsi imkanı müəyyən regionlarda məhdud sayda istifadəçi arasında test edilir.
Xatırladaq ki, hazırda "TikTok"a maksimum 10 dəqiqəlik xronometraja sahib videoları yükləmək mümkündür. Əgər videonun xronometrajı 10 dəqiqədən çoxdursa, o, "TikTok"a hissə-hissə yerləşdirilir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31