Bu portala daxil olmayın - Dövlət xidməti xəbərdarlıq etdi - FOTO

Kiberdələduzlar tərəfindən "milliodeme.net" saxta ödəniş portalı yaradılıb. Portal vasitəsilə vətəndaşlara kommunal ödənişlərin həyata keçirilməsi vədi verilir.

Olaylar.az xəbər verir ki. bu barədə Elektron Təhlükəsizlik Xidməti məlumat yayıb.

Vətəndaşlardan, portalda qeyd olunan bölmələrə daxil olduqdan sonra onlardan ilk növbədə abonent kodunu, daha sonra fərdi və bank kartı məlumatlarını daxil etmək tələb olunur.

Elektron Təhlükəsizlik Xidməti vətəndaşlara belə saxta veb-səhifələrə etimad etməməyi, şübhəli keçidlər vasitəsilə bank kartı və digər fərdi məlumatlarını qarşı tərəfə təqdim etməməyi, yalnız rəsmi ödəniş portalları vasitəsilə ödəniş etməyi məsləhət görür.

  •  
  •  

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31