Sosial media, saxta profillər, “feyk” məlumatlar, sui-istifadələr…- FOTO

Ekspert şərhi: Sosial media sui-istifadələrinin, o cümlədən təhqir, şantaj, şər-böhtan kimi neqativ kiber əməllərin və eləcə də ümum kibercinayətkarlığın hüquqi vasitələrlə qarşısı alınmazsa virtual cahillik, kiber-mazaxizm şiddəti qaçılmazdır

Bu gün bildiyimiz kimi sosial media platformaları informasiya cəmiyyətlərinə dərindən inteqrasiya olunmuşdur. Smartfon və eləcə də digər "ağıllı" alətlərin istifadəçiləri virtual məkandan asıllıq yaratmış, həmçinin sosial şəbəkə sui-istifadələri, o cümlədən linç psixolgiyası, qaraguruh kəsimin cahillik mazoxizmi, zombiləşmə vəs. kimi neqativ halları çoxaltmışdır. 

Bu səbəbdən İnternet seqmenti sosial media sferasında kiber təhlükəsizlik məsələsini ön plana çəkmiş, saxta hesablarla kiber cinayətkalıq fəaliyyətlərinin aktuallığını, həlli vacib informasiya təhlükəsizliyi prioritetlərinə aid etmişdir.  

Məsələnin mahiyyətinə gəlincə də burada əsas məqsəd istifadəçilərə "ağıllı" - smart vasitələrdən "ağıllı" istifadənin zəruriliyini aşılamaqdır. Eləcə də onların daşıdıqları ictimai məsuliyyəti, şərtləndirdiyi vacib öhdəlikləri şərh etməkdir. O cümlədən virtual məkanın zərərli vərdişləri, "feyk" məlumatlar, onların dezinformasiya məqsədli yayılması, sui-istifadələr və bunların qarşısının alınmasını təhlil etməkdir.

Ekspertlərə görə keçid iqtisadiyyatı yaşayan şərqi avropa ölkələri, o cümlədən Azərbaycan bu sferada "rəqəmsal uçurum" səbəbilə daha çox neqativ sterotip nümunələrinə şahidlik edir. Bu kiber neqativlik XXI əsrin aktual problemi kimi kibercinəyatkarlığı neo-gündəm etmişdir. 

Beynəlxalq təcrübə onu göstərir ki, vəziyyətdən çıxış yolları sosial şəbəkə istifadəçilərin bu yöndə mədəni-maarifləndirilməsidir. Digər tərəfdən də sağlam təbliğat kompaniyaların təşkili, təcrübü-məşğələlərin treyninqidir. Həmçinin qabaqcıl bilik-bacarıqların mübadiləsi, pozitiv kiber ənənələrin təşviq edilməsidir.

Eyni zamanda internetin şəbəkə resursları, onun infrastruktur qolları, üst qurum təşkilat və yerli təmsilçiləri bu məsələnin həllində loyal mövqe sərgilədikləri də hamımıza məlumdur. Bunun üçün onların yetərsiz tənzimləmə fəaliyyətləri tədqiq olunmalı, ətraflı təhlil edilməlidir. Eyni ilə də İnternet Operatorları öz istifadəçilərinin informasiya təhlükəsizliyini qorumaqda hüquqi boşluqları aradan qaldırmalıdır. Bununla da zərərli kontentlər paylaşmaq, "feyk" məlumatlar yaymaq, o cümlədən geniş səpkidə virtual sui-istifadələrə yol vermək qanunla qadağan olunmalıdır.

Bu hüsusda aşağıdakı önəmli məqamlar diqqətə alınmalıdır:
- Hər bir sosial şəbəkə operatoru və onun istifadəçisi müxtəlif internet platformalarının vermiş olduğu geniş texniki imkanlardan, onun kontent mahiyyətindən sağlam məqsədlər üçün istifadə etməlidir. 
-Burada şəxsi məlumatların qorunması, milli-mənəvi dəyərlərə hörmət vəs. kimi əsas prinsiplər qorunmalı, irqçilik, ksenofobiya yönlü neqativ fəaliyyətlər pislənilməlidir.
- Xüsusi treyninq proqramları ilə geniş təbliğat işləri, o cümlədən ictimai məsuliyyət məsələləri periodik olaraq smart istifadəçilərə xatırladılmalıdır.
- Sosial şəbəkələrdə kiber-cinəyətkarlığın yaratdığı hüquqi məsuliyyətin motivləri izah olunmalı, virtual sui-istifadələrin hüquqi vasitələrlə qarşısı alınmalıdır. 
-Ümumiyyətlə elektron mediadan istifadə mədəniyyəti, milli mənəvi dəyərlərin qorunması yönündə beynəlxalq təcrübə öyrənilməli və eləcə də mənimsənilməlidir.

Nəticədə mövzunun strateji əhəmiyyəti yeni çağın tələb-təklifi ilə uzlaşmalı, onun aktuallığı əsas götürülməlidir. Həmçinin bu sferada mövcud olan qanun boşluqları, onun hüquqi bazası yenidən işlənilməli, şəffaf tənzimləmə mexanizmi təmin edilməlidir. Bu məqsədlə aidiyytatı və mahiyyəti üzrə konseptual strategiya, texniki siyasət planı və kompleks fəaliyyət proqramı hazırlanmalı, adekvat addımlar atılmalı, təxirəsalınmaz tədbirlər görülməlidir.

P.S.
Yeri gəlmişkən, internet  platformalarında fəaliyyət göstərən 20-dən çox sosial şəbəkələrin içində "TİK-TOK" liderdir.

Əflatun Məmmədov,

Müdafiə Sənayesi Nazirliyinin Elmi-Tədqiqat İnstitutunun  direktorunun birinci müavini,

İnternet və Yüksək Texnologiyalar üzrə ekspert

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31