Bir SMS-lə insanları fəlakətdən xilas edə bilərik
23 Avqust 2023 23:32 İKTArtıq heç kəsə gizli qalmasın, texnologiya süni intellektlə idarə olunur
Ölkəmizdə 23 avqust tarixində yerli vaxtla saat 01:23-də telefonlara mobil SMS daxil olur (183 km aralıqda 5.5 bal gücündə zəlzələ olacaq). İnsanlar 2 dəqiqə sonra vebsaytlara daxil olub, həqiqətən Masallı və Cəlilabad rayonlarının inzibati sərhədində 5 maqnitudada zəlzələnin baş verdiyini oxuyur.
İT ekspert, "Time4Soft" MMC-nin ("https://time4soft.com") direktoru Ruslan Əliyev "Texnologiya bunu öncədən necə bilib?" sualına aşağıdakı məlumatlarla fikir bildirib: "Ən muasir texnologiyalardan biri süni intellektdir (ingiliscə Artificial Intelligence). Son illərdə mobil operatorlar G5 texnologiyası keçid alıb. G5-də, həmçinin suni intellektlə idarə edilir. Lakin keçmişdə baş verən prosesləri bilmədən gələcək haqqında fikir bildirmək qeyri-mümkündür.
Cəlilabadda sonuncu dəfə nə vaxt zəlzələ olub? Sualı araşdırsaq müəyyən edə bilərik ki, hansı interval arasında zəlzələlər baş verib. Əgər zəlzələlər haqqında məlumatları süni intellektə ötürmüş olsaq, bu halda o, zəlzələni öncədən müəyyən edib xəbər verə bilər, SMS də göndərə bilər.
2017-ci ildə "Dünyada bu qədər zəlzələlər qeydə alınsa da, seysmoloji halları öncədən xəbər verən cihazlar yoxdur, hətta texniki inkişafın indiki dönəmində belə elm zəlzələni öncədən bilməkdə acizdir" kimi fikir səsləndirilsə də, bu gün görünən odur ki, qismən də olsa bu, mümkündür.
Bəs bunu mobil operatorlar necə edə bilir?
1) Açıq tipli şəbəkə məlumatları ilə: Mobil operatorlar, açıq tipli şəbəkə məlumatlarından istifadə edərək məkanın tətbiq edilmiş zəlzələyə yaxınlaşıb yaxınlaşmadığını müəyyənləşdirə bilərlər. Məsələn, baza stansiyalarının və telefonların bir-biri ilə əlaqələrini nümunə kimi qeyd etmək olar. Bu, ərazilərdə yerləşdirilmiş baza stansiyalarının və telefonların xüsusiyyətlərindən istifadə edilərək aparılan bir hissdir.
2) Sosial media və onlayn məlumatlarla: Operatorlar ictimai məkanlarda və sosial mediada paylaşılan məlumatlardan da istifadə edə bilərlər. Məsələn, insanlar zəlzələ ilə əlaqəli fikir və proqnozlar haqqında məlumatları paylaşarkən operatorlar çox qısa müddətdə bunu qeydə alıb təhlil edərək, kütləvi SMS göndərə bilərlər.
3) Müstəqil zəlzələ sensorları və təhlil sistemləri ilə: Operatorlar zəlzələ sensorlarından və təhlil sistemlərindən istifadə edə bilərlər. Bu sensorlar bütün dünyada zəlzələləri izləmək üçün istifadə edilir. Operatorlar bu sensorların məlumatlarını əldə edərək tətbiq edilmiş təhlil sistemləri ilə zəlzələni öncədən müəyyən edərək kütləvi SMS göndərə bilərlər.
Qeyd edilən ehtimalların hansının mobil operatorlarda olduğunu müəyyən etmək üçün operatorların özlərindən soruşmaq və ya araşdırmaq lazımdır. Bir çox hallarda sosial, ictimai təhlil və təkliflər də, həmçinin mobil operatorların işinə çox faydalı olur.