"Telegram" istifadəçilərinin NƏZƏRİNƏ
21 İyul 2023 20:10 İKTAndroid və iOS sistemlərində "Telegram" messencerinin pulsuz versiyasına hekayələrə baxmaq rejimi əlavə edilib.
Olaylar.az Trend-ə istinadən xəbər verir ki, istifadəçilər üçün müvafiq funksiya "App Store" və "Google Play" proqram mağazalarında messencerin yeniləməsində peyda olub.
Eyni zamanda, messencerdə hekayələrin dərci funksiyası iyulun 20-də peyda olub, o, yalnız premium abunəsi olan istifadəçilər üçün əlçatandır.
"Telegram"ın qurucusu Pavel Durov ötən ayın sonunda "Telegram"da hekayə formatının yaradıldığını açıqlayıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31