XXI əsr, yeni rəqəmsal era, internetin təkamülü və sonrası… FOTO

 

Gələcək innovasiya, texnologiya, yaxşı idarəçilik, şəffaflıq və sahibkarlığa dövlət dəstəyindən ibarət olacaqdır.

İlham Əliyev,
Azərbaycan Respublikasının Prezidenti

Heç şübhəsiz ki, İnternet və onun yaratdığı virtual mozaika çoxvektorlu olub XXl əsrin bizə yaşatdığı inanılmaz möhtəşəm reallıqlardır. Virtual dünyanın əsas texniki infrastrukturunu da "WWW" - World Wide Web - dünya hörümçək toru təşkil edir.

İnternet xidmətləri dedikdə nə başa düşülür?

Virtual məkanda göstərilən son mil ("last mile") istifadəçilərindən ("users") başlayaraq beynəlxalq şəbəkəyə qədər olan kiber fəaliyyətlərin toplusudur.

Dolayısı ilə bu qavram, ümumiistifadəli rabitə şəbəkələrinin altyapısından başlayaraq onların üzərində qurulmuş kommutasiya, transmissiya sistemləri, mis, optik xəttlər, simsiz rabitə və digər vasitələr ilə internetin "onurğa sütunu"na ("back bone") inteqrə olunmuş bağlantıdır. Həmçinin, onları əhatə edən texniki avadanlıq və sistemlərin üzərindən həyata keçirilən elektron xidmətlərin cəmidir.

İnternetin gələcəyi, onun alternativi nə qədər ki, məlum deyil bu sahədə yaxın və uzaq prespektivdə yaşanacaq təhlükə və problemlər bəşəriyyətin təkamülünü təhtid edəcəkdir. Bu təhlükələr virtual reallıqların dərindən düşünülməmiş qismi hələ ki, onun görünməyən tərəfidir. Bu istiqamət sahə üzrə peşəkar ekspertlərin bu gün də baş sındırdığı əsas ciddi məsələlərdən hesab olunur.

Eyni zamanda çox aktual olan bu mövzu, virtual reallıqların fonunda internet cəmiyyətinin, onun həvəskar istifadəçilərinin də marağına uyğundur.

Təhlükələr nədən ibarətdir və necə qavranılmalıdır?

Təbii olaraq bütün bu suallara  veriləcək uğurlu cavablar mütəxəssislər tərəfindən birmənalı deyildir. Ekspert çalışma və dərindən təhlilləri onu göstərir ki, internetin gələcəyi ilə əlaqədar problemlər zidiyyətlidir, nikbin proqnozlar vermir.

Bildiyimiz kimi, İnternetin texniki-təşkilati və üstqurum hüquqi təşkilatları bu sahənin normativ sənədlər toplusunu, onun reqlament, tövsiyə və sahə protokollarını işəyib hazırlamışdır və bu sənədlər tənzimləmə işlərini həyata keçirməkdə yetərli deyildir.

Burada əsas çatımamazlıqlar, internetin etik kodekslərində, kibercinyətkarlıqlarda,  "sybersqatting"- domen adlarının möhtəkirlik məqsədilə mənimsənilməsi fəaliyyətlərində, saxta (feyk) akountlar altında anonim sui- istifadələrdə, ksenofobiya, irqçilik və diskriminativ ayrı seçkiliklərdə tənzimlənəmə sahəsindəki boşluqları qabarıq şəkildə ğöstərir. İnternetin üst qurum təşkilatlarına - GAC (Governmental Advisory Committee) Dövlət Məşvərət Şurası, İCANN ("İnternet Cooperation for Assigned Names & Numbers") domen ad və unikal kodların verilməsi üzrə internetin üst qeydiyyat təşkilatı, İANA ("İnternet Association Names &  Authorities"), RİPE ("Regional İnternet Protocols for Eropean countries) - internetin avropa regionu üzrə səlahiyyətli orqanı və s. daxildirlər.

Bu təşkilatlar da sahə üzrə reqlament, protokol, tövsiyyə və digər normativ sənədlər toplusunun işlənib hazırlanmasını və qlobal idarəetmə məqsədləri üçün yayılmasını lazımı səviyyədə təşkil edə bilmir və bu qurumlardan gözləntilər özünü tam doğrultmur.

Keçmişə ekskursiya edərək qeyd etmək yerinə düşər ki, bu günə kimi internet reallıqlarının və yüksək texnologiyaların inkişafı bəşəriyyətin keşməkeşli yollarından keçilərək əldə edilmişdir. Bilindiyi kimi rabitədə ilk təkamül, öz təşəkkülünü ilkin olaraq tonqallardan göyərçinlərə, çapar və qasidlərə, ilk poçtun yaranmasına, daha sonra isə telefon, teleqraf və teleks xidmətlərinin göstərilməsinə, nəhayət yeni çağın internet erasına transformasiya etmiş, rəqəmsal eraya qədər gəlib çıxabilmışdır.

Bu sahədə əldə olunan texniki-tərəqqi nailiyyətləri möhtəşəm bir virtual mənzərəni ortaya qoyabilmiş, internetin virtual reallıqlarını yaratmışdır.

Belə ki, sözü gedən bu virtual reallıqlar insanlığın tarixində sivilizasiyalar arası keçidə, o cümlədən texniki-tərəqqi ilə texnoloji yönlərdə çox şaxəli inkişafla müşayiət olunan rəqəmsal transformasiyanı da günün reallığına çevirəbilmişdir. Rəqəmsal transformasiya da öz növbəsində rəqəmsal şəbəkələr və onların ağıllı internet platformaları üzərində qurulan informasiya cəmiyyətini,  informasiyalı cəmiyyətləri formalaşdırabilmişdir.

Beləliklə, İnformasiya cəmiyyətində sosial media və İnternet platformalarının yaxından müşaiəti ilə XXl əsrin "homosapiensi", onun "ağıllı insan" ("smartman") türü olan - yeni fenomen yaranmış oldu. Bu "ağıllı" insanlar şərti "info-kratiya" adlandırılan virtual dünyada sosial media şəbəkələrində fəaliyyət göstərən əsas istifadəçi və yaradıcı cəmiyyətin özəyini smartmanlığı formalaşdırmış oldu.

Rəqəmsal mühüt, kiber məkan, internetin yaratdığı virtual reallıqlar, o cümlədən, informasiya cəmiyyətləri və onun şərtləndirdiyi yeni ictimai - iqtisadi formasiya "info-kratiya" quruluşuna keçid, rəqəmsal eranın get-gedə dərinləşdiyini də özündə ehtiva etməyə başladı. Beləliklə də bəşəriyyət öz təbii inkişaf yolu ilə texniki-tərəqqi istiqamətində təşəkkül tapmış yeni çağa - internet erasına dərindən transformasiya olunmuş oldu.

Bununla da yeni sivilizasiya informasiya cəmiyyətinə inkias etdi, "info-kratiya" yeni ictimai-iqtisadi formasiyasına uğurla keçidi də reallaşdırmış oldu.

İnformasiya cəmiyyətinin bu gün təməl prinsiplərinə söykənən yaşadığımız çağdaş sivilizasiya heç şübhəsiz ki, təkamülün öz təbii axarı ilə bir özündən sonrakı qeyri-müəyyənliklərlə dolu yeni bir quruluşa da keçid alacağı qaçılmazdır.

Bu proseslərin hansı təlatümlü texnoloji proseslərlə müşaiət olunacağı və necə baş verəcəyi yalnız təxmini ehtimallarla proqnozlaşdırıla bilər.

Bu qəbildən, bu məsələ izahını gözləyən bir sıra aktual sualları meydana çıxarır və sonrakı təsəvvür ediləcək quruluşun gələcəyinin şərh edilməsini şərtləndirir. Eyni zamanda virtual məkanda sivil sosiallaşma yönündə təkamül və yaşam şərtlərinin kökündən dəyişəcəyinə də açıqca işarə edir.

Aktuallığını qoruyan bu mövzu peşəkarları dərindən narahat edən sahə üzrə strateji sualları meydana çıxartmış və bu sualların tezisləri aşağıdakılardır:

⁃ internetin gələcəyi və alternativi, onun mövcud resursları və dayanıqlığı, sahə üzrə "force -major" durumları, texnoloji böhran vəziyyətlərinin hazırlıq vəziyyəti və onun sığortalanması vəs. kimi həyatı vacib suallar;

Həmçinin, "info-kratiya"nın transformasiya edərək digər quruluşa keçid alması, bütövlükdə internetin gətirdiyi texniki-tərəqqi, verdiyi geniş imkanlar, kağızsız texnologiyaya keçid və büsbütün elektron arxivlərin yox olma təhlükəsi...

Digər tərəfdən də internetin ehtiyat resurslarının qorunub saxlanılması, texniki-tərəqqinin davamlılığı, elektron yaddaşların silinib tarixdən izsiz-soraqsız yox olma ehtimallarını da gözardı etməmişdir.

Nəticədə bu məntiqlə texniki təkamülün axarı yaşadığımız sivilizasiyanın son nailiyyətləri hesab olunan internetin texnoloji məhsullarının bütövlükdə kiber təhlükələrə məruz qalacağı və yeni "big-bank"("böyük partlayış") sayağı kataklizmləri bəşəriyyətə yaşadacağı da qaçılmaz görünür.

Beləliklə gələcəkdə yeni ehtimal olunan quruluşa-sivilizasiyaya keçid, alternativ texnoloji həllər, smart innovativ alətlər, suni intellekt, kiber təfəkkür və yönləri, o cümlədən "kollektiv zəka" üzərindən intellektual analitik təhlillər aparılmaqla mümkün olacağı da çox sadə məsələ kimi görünmür.

Əflatun Məmmədov,

Müdafiə Sənayesi Nazirliyinin Elmi-Tədqiqat İnstitutunun  direktorunun birinci müavini,

İnternet və Yüksək Texnologiyalar üzrə ekspert, Rabitə ustası, 
Azərbaycan Dövlət İqtisad Unversitetinin Rəqəmsal Texnologiyalar və Tədbiqi İnformatika kafedrasının müəllimi,

YAP Xətai rayon təşkilatının "Salam Rahim Memmedov 25" ünvanı üzrə ərazi partiya təşkilatı sədrinin müavini

P.S. Təhlil sahə üzrə "GZİT"- güclü, zəif, imkan və təhtidlərə (SWOT- Strength, Weak, Opportunity, Threat) söykənilmişdir

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31