Rafaelin bu paylaşımı izləyiciləri kövrəltdi - VİDEO
25 Oktyabr 2022 11:18 İKTƏməkdar artist Rafael İskəndərovun paylaşımı izləyiciləri kövrəldib.
Sənətçi "Bizim Cəbiş müəllim" və "Məhəllə" filmlərinin çəkildiyi həyətə yollanaraq, həmin anları instaqramda paylaşıb.
"Heç vaxt ağlıma gəlməzdi ki, uşaq vaxtı sevə-sevə baxdığım "Bizim Cəbiş müəllim" filmi çəkilən həyətlə bağlı mənim özümün də xatirələrim olar. Çünki "Məhəllə" filmi də bu həyətdə çəkilib... Bu Qüdrətin çıxıb-düşdüyü pilləkəndir, ora Dilarənin çağırdığı eyvandır, burada Tofiqin evi idi... Zarafat-zarafat, gələn il bu filmin 20 yaşı tamam olur", - deyə, aktyor qeyd edib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31