Yeni minilliyin əsas prioriteti internetdir - FOTO
12 Oktyabr 2022 19:07 İKT"Gələcək innovasiya, texnologiya, yaxşı idarəçilik, şəffaflıq və sahibkarlığa dövlət dəstəyindən ibarət olacaqdır."
İlham Əliyev,
Azərbaycan Respublikasının Prezidenti
İnnovativ texnologiyaların kompleks inkişaf etdirilməsi siyasətində internet amili, onun başlıca problemləri və həlli yolları
İnternet və onun mövcud problemləri:

- İnternet üçün istifadə edilən telefon kabel, xətt qurğularının stansiya ilə abunəçi mənzili (ofisi) arasında ("son mil"də) internet xidmətlərinin aşağı keyfiyyətli olması;
- Son qurğular olan istifadəçi apparatları, o cümlədən kompüter, modem və spliterlərin parametrləri, onların kəmiyyət və keyfiyyət baxımından yetərsizliyi;
- İnternet istifadəçiləri (əhali) üçün qiymət, keyfiyyət və sürət göstəricilərinə görə real xidmət seçim imkanlarının məhdud olması;
- Ayrılıqda hər bir operatorun istifadəçilərinin istifadə etdiyi ümumi internet sürətinin abunəçilərinin sayına nisbətində mobil və sabit şəbəkələrdə bir nəfərə düşən internetin sürəti, MDB üzrə orta statistik göstəricidən aşağı olması;
- Genişzolaqlı sürətli internet xidmətləri sahəsində bazarın təşviq edilməməsi və ədalətli rəqabətin inkişafına əngəl olan hüquqi və texnoloji siyasətin vacib amillər kimi həll edilməməsi;
-Tezlik resursları, onların bölüşdürülməsi, tarifləri və ümumiyyətlə ölkədə simsiz texnologiyaların adekvat inkişafı baxımından qeyri peşəkar və effektiv istismarı;
- İqtisadi və texniki resurslardan istifadədə maraqlarının ziddiyyəti;
- "Müstəqil Tənzimləyici" orqanının olmaması;

- Dövlət operatorlarının dominantlığı, İKT bazarında eyni zamanda həm provayder/operator qismində xidmət göstərməsi, həm arbitor/hakim, həm də sahə üzrə bazar payında hökmranlıq/hegemon rolu oynaması;
- Dövlətin İKT sferasına sərmayə yükünün azaldılması məqsədilə özəl sektor biznes şəbəkələrini genişləndirmək, yeni nəsl innovativ texnolgiyalar tətbiq etmək, bu istiqamətdə əlavə sərmayə yatırmaq və şəbəkə həllərinə nail olmaq üçün əlverişli şəraitin yetərli olmaması;
- Rəqəmsal uçurumun mövcudluğu və informasiyaya əlçatanlılığının bərabərsizliyi;
- İdarəetmə sahəsində İKT peşə hazırlığının və İKT biliklərinin adekvat səviyyədə olmaması;
- Ana dilində kontentlərin azlığı ilə İnternet istifadəçilərinin xarici internet resurslarından istifadəsinin çoxluq təşkil etməsi və bu səbəbdən "mbt/s" bazasında qiymətlərin baha olması;
Praktik həll və səmərəli təkliflər

- Operator, provayder və aidiyyatı sferada normal rəqabət mühitinin təmin edilməsi;
- Genişzolaqlı və həmçinin, simsiz İnternet bazarının effektiv inkişaf etdiriməsi üçün bütün "oyunçular" arasında ədalətli və bərabər imkanların yaradılması;
- Müsstəqil Tənzimləmə qurumunun təsis edilməsi;
- Lokal kontentin, o cümlədən yerli internet resurslarının daha da inkişaf etdirilməsi;
- İKT biliklərinin artırılması, İKT savadlılığı;
- Elektron xidmətlərin həcminin daha da genişləndirilməsi;
- Rəqəmsal transformasiya, o cümlədən rəqəmsal və bio iqtisadiyyatın, biliklər və davranış iqtisadiyyatının inkişaf etdirilməsi;
- Özəl operator, təchizatçı, istifadəçi, elmi-tədqiqat müəssisələri və qeyri-hökumət təşkilatlarının ictimai iştirakçılıq fəaliyyətlərinin təşviq edilərək artırılması ("inklusiv"lik);
- Genişzolaqlı internetin inkişafı üzrə milli strategiyanın təkmilləşdirilməsi;
-Tezlik resursları, onların bölüşdürülməsi, tarifləri və ümumiyyətlə ölkədə simsiz texnologiyaların adekvat inkişafı, peşəkar və effektiv istismarının təşkili;
- İnformasiyaya əlçatanlıqda rəqəmsal uçurumun və informasiya bərabərsizliyinin qarşısının alınması;
Beləliklə, bu sahədə qəbul olunmuş dövlət proqramları, yol xəritəsi və siyasət planına uyğun dövlət idarəetməsində yürüdülən texniki siyasət şəffaflığın get-gedə daha da dərinləşməsinə xidmət etməlidir.

Eyni zamanda, innovativ texnologiyalarla İnternet platformalarını şərtləndirən əsas resurs və amillərin, o cümlədən e-hökümət, e-dövlət, e-xidmət, e-təhsil, e-səhiyyə, e-ticarət, e-iqtisadiyyat və s. elektron xidmətlərlə internetin optik və genişzolaqlı simsiz texnologiyalar üzərindən effektiv inkişaf planı, uğurlu rəqəmsal transformasiya siyasəti sayəsində mümkün olduğu nəzərə alınmalıdır.
Ölkə başçısının bu seqmentə uyğun uzaqgörənliklə söylədiyi kimi: "Rəqəmsal transformasiya, bu seqmentdə azərbaycanın davamlı inkişaf strategiyasının ən öncül istiqamətlərindən biridir."
Odur ki, bu sferada innovativ yaradıcılıq ruhu, bilik, bacarıq və idarəçilik səriştəsinə, o cümlədən peşəkar təcrübə təməllərinə dayalı olmalı və ən başlıcası da aidiyyatı sektorun bütövlükdə dövlət prioritetlərinə aid edildiyi unudulmamalıdır.
P.S. İnternet sözü, öz aralarında bağlantılı şəbəkələr anlamına gələn "INTERNET- Interconnected Networks" teriminin qısaltmasıdır. O, kompüter sistemlərini birbirinə bağlayan dünya hörümçək toru ("WWW-World Wide Web") əsasında çok protokollu elektron komunikasiya şəbəkələrinin tamamıdır.
Əflatun MƏMMƏDOV,
Müdafiə Sənayesi Nazirliyinin Elmi-Tədqiqat İnstitutunun l müavini,
YAP Xətai rayon təşkilatı, ərazi partiya təşkilatının sədr müavini
İnternet və Yüksək Texnologiyalar üzrə ekspert