“Apple” şirkətinin rəhbəri milyarder oldu
“Apple” şirkətinin rəhbəri milyarder oldu
11 Avqust 2020 11:05 İKTAmerikanın "Apple" şirkətinin rəhbəri Tim Kuk milyarderlər siyahısına daxil olub.
Olaylar.az xəbər verir ki, bu barədə "Bloomberg" məlumat yayıb.
"Bloomberg Billionaires Index"ə görə, "Apple" səhmlərinin dəyəri təxminən 5% artdıqdan sonra onun sərvəti 1 milyard dolları keçib. Hazırda şirkətin bazar dəyəri 2 trilyon dollardır.
Kuk təxminən 375 milyon dollar dəyərində 848 min "Apple" hissəsinə sahibdir.
Məlumdur ki, 2020-ci ilin yanvar ayından etibarən şirkətin səhmlərinin qiyməti 1,5 dəfə artıb və 7 avqustda keçirilən hərracın sonunda onların dəyəri bir səhm üçün 444,45 dollara çatıb.
azvision.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31