“Twitter”i 150-250 milyon dollarlıq cərimə gözləyir

"Twitter" şirkəti ABŞ Federal Ticarət Komissiyasına 150-250 milyon dollar məbləğində cərimə ödəyə bilər.

Olaylar.az xəbər verir ki, buna şirkətin istifadəçilərin şəxsi məlumatlarından məqsədyönlü reklamlar üçün istifadə etməsi səbəb ola bilər.

Nəşr qeyd edir ki, "Twitter" 2013-cü ildən 2019-cu ilə qədər müddətdə reklam məqsədilə istifadəçilərin telefon nömrələri və elektron poçt ünvanlarından istifadə edib.

Redaktor.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31