“Aztelekom” 700 mininci evi telekommunikasiya xidmətləri ilə təmin edib

“Aztelekom” 700 mininci evi telekommunikasiya xidmətləri ilə təmin edib

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi "Aztelekom" MMC tərəfindən telekommunikasiya xidmətlərindən istifadə edənlərin sayı və əhatə dairəsi genişləndirilib. Bu barədə "OLAYLAR"-a nazirlikdən bildirilib.

Məlumata görə, artıq 700 mininci ev qurumun telekommunikasiya xidmətləri ilə təmin edilib. "Aztelekom" ailəsinə yeni qoşulan ev İmişli rayon Aranlı kənd sakini, 2-ci qrup Qarabağ əlili Həsənov Aydın Hüseynağa oğluna məxsus olub.

Qurumun adından "Aztelekom" MMC-nin Kommersiya departamentinin direktoru Elçin Cabarov 700 mininci abunəçini təbrik edərək ona modem və digər hədiyyələr təqdim edib, telefondan, internetdən 6 ay ərzində ödənişsiz istifadə edəcəyini söyləyib.

Abunəçi Həsənov Aydın Hüseynağa oğlu öz növbəsində yeni evdə telefon və internetdən istifadə edə biləcəklərinə çox sevindiklərini bildirib və yaradılan imkana görə təşəkkür edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31