“Sony” şirkətinin adı dəyişib

"Sony" səhmdarlarının ötən həftənin cümə günündə keçirilən illik iclasında şirkətin adının "Sony Group" ilə əvəzlənməsi təklifi təsdiqlənib.

Bu, 60 illik tarixə malik şirkət üçün ilk ad dəyişikliyidir. Qərar "Sony Group"u daha geniş təqdim etmək məqsədilə qəbul olunub.

Şirkətin əsas fəaliyyət istiqaməti elektron məhsullarının hazırlanmasıdır. Məqsəd bu istiqamətləri elektronika ilə eyni sıraya daxil etməkdən ibarətdir.

Qeyd edək ki, "Sony" əvvəlcə "Tokyo Telecommunications Industry Co., Ltd" adlanıb, lakin 1958-ci ildən hazırkı adını daşımağa başlayıb. Ad dəyişikliyi 2021-ci ilin aprelində qüvvəyə minəcək.

"Sony" şirkəti 1946-cı ildə yaradılıb.

azerbaycan24.com

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31