Microsoft bütün Facebook və İnstagram reklamlarını dayandırdı

Texnologiya və proqram nəhəngi Microsoft saxta xəbərlərə və dezinformasiyalara qarşı kifayət qədər mübarizə aparmaması səbəbiylə Facebook və "İnstagram"dakı reklamlarını dayandırmaq qərarına gəlib.

ABŞ-da tədricən reklamları dayandıran şirkət, daha sonra bütün dünyada bunu tətbiq edib.

Microsoft Marketinq Mütəxəssisi Kris Kaposella sosial mediadan verdiyi açıqlamada "hər iki platforma ilə reklamların davam etməsi üçün tələb olunan şərtlər barədə danışıqların davam etdirildiyini" deyib.

Eyni zamanda "Reklamların davam etməsi atılacaq müsbət addımlardan asılıdır, lakin hələlik bu qərar avqustun sonuna qədər davam edəcək" deyə Kris Kaposella əlavə edib.

sonxeber.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31