“Twitter”də YENİLİK - Səsli mesajlar yazmaq imkanı əlçatan olacaq
18 İyun 2020 10:32 İKT"Twitter" mikrobloqlar xidməti öz rəsmi hesabında səsli tvitlərin əlçatan olması haqda məlumat verib.
Rusiya mətbuatının məlumatına görə artıq xidmətin istifadəçiləri səsli mesajlar yazmaq imkanına malikdirlər. Hələ ki yenilik yalnız "iOS" platformasının idarəetməsi altında işləyən qurğular üçün əlçatandır.
Səsli mesajın müddəti 140 saniyəyədək ola bilər. Bu limit həddini keçdikdə səsli mesaj bir neçə səsli tvitə bölünəcək.
Məlumata görə, səsli mesajlar tədricən başqa platformalarda da əlçatan olacaq.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31