“WhatsApp”da yeni funksiya
12 İyun 2020 14:04 İKT"WhatsApp" messencerinin tərtibatçıları tarixi göstərməklə mesajları tez bir zamanda axtarmağa imkan verən yeni funksiyanı sınaqdan keçirirlər. Bu haqda "WABetaInfo" nəşri yazıb.
Messencer indi də mesajların axtarışı üçün funksiyanı dəstəkləyir, ancaq bəzi istifadəçilər müəyyən bir gündə göndərilmiş və ya qəbul edilmiş lazımi informasiyanı tapmaqda çətinlik çəkirlər.
Məlumata görə, indi funksiya alfa sınaq mərhələsindədir.
Xatırladaq ki, aprelin sonunda messencer qrup zəngləri üçün yeni funksiya istifadəyə verib. Söhbətdə iştirak edənlərin maksimal sayı 8-dək artırılıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31