Ən bahalı şirkətlər məlum oldu
Hərracların nəticəsinə görə “Apple” və “Microsoft” dünyada ən bahalı şirkət elan edilib
12 İyun 2020 11:22 İKTHərracların nəticəsinə görə "Apple" və "Microsoft" dünyada ən bahalı şirkət elan edilib. Bu o deməkdir ki, hər bir şirkətin kapitallaşdırma dəyəri 1,5 trilyon dolları ötüb. Bu, şirkətlər üçün rekord göstəricidir.
Şirkətin bazar kapitallaşdırma dəyəri tədavülə buraxılmış bütün səhmlərin qiymətinin toplanması yolu ilə hesablanır. "Apple" şirkətində bir səhmin qiyməti 352,84 dollar, "Microsoft"da isə 196,84 dollar təşkil edib.
Texnologiya şirkətlərinin səhmlərinin qiyməti koronavirus pandemiyası vaxtı sürətlə yüksəlir. Məsələ ondadır ki, investorlar indi bu şirkətlərin səhmlərini ən təhlükəsiz hesab edirlər.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31