İnnovativ “ağıllı” parça hazırlandı

İnnovativ “ağıllı” parça hazırlandı

Müasir daşınan cihazlar ürək ritmini, tənəffüsün tezliyini və başqa göstəriciləri qeydə ala bilir. Bu isə insana öz orqanizminin vəziyyətini izləməyə imkan verir. Müxtəlif sensorların birbaşa parçaya inteqrasiyası növbəti mərhələ olacaq ki, bu da daşınan elektronikanın imkanlarını xeyli genişləndirməyə imkan verəcək.

Lozanna Federal Politexnik Məktəbi və Foton materialları və Lifli cihazlar Laboratoriyasının tədqiqatçıları adi parçaya quraşdırıla bilən elektron lif yaratmaqla kiçik bir texnoloji nailiyyət əldə ediblər.

Yeni texnologiya parçanın liflərinə inteqrasiya edilmiş elastik sensorlardan ibarətdir. Tədqiqatçıların sözlərinə görə, bu, "ağıllı" parça dünyasına qapı açır. Gələcəkdə pasiyentin sağlamlığına böyükölçülü qurğu deyil, adi geyim nəzarət edəcək.

Tədqiqatçıların sözlərinə görə, əsas problem yumşaq materiallardan qurulmuş elektrik şəbəkəsi yaratmaqdır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31