“Facebook”dan 3 ölkənin media orqanları ilə bağlı mübahisəli qərar
6 İyun 2020 14:09 İKT"Facebook" şirkəti Rusiya, Çin və İrandakı bəzi media orqanlarını "dövlət nəzarətində olan media" kimi etiketləməyə və ABŞ-dakı istifadəçiləri hədəfə alan reklamları blok etməyə başlayır.
"Facebook"un etiketləməyi qərara aldığı media orqanları bunlardır:
Rusiya - "Sputnik",
İran - "Press TV",
Çin - "Xinhua News"
"Facebook"un Kiber Təhlükəsizlik Siyasətinin direktoru Nataniyel Qleyçer məsələ ilə bağlı açıqlama verib. O bildirib ki, "Facebook" Amerika mediasını etiketləməyəcək:
"Çünki ölkədəki dövlət mediasının belə daxili müstəqilliyi var".
Yenisabah.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31