İstifadəçilər üçün ən yaxşı smartfon məlum olub
20 May 2020 11:38 İKTABŞ-da hər il müxtəlif smartfon sahibləri arasında müştərilərin məmnunluq indeksi tərtib edilir - "Apple" uğurlu qurğuların sayına görə lider olub, lakin bütün modellər arasında "Samsung"un 2018-ci ildə istehsal edilmiş qabaqcıl smartfonu ən yaxşı adına layiq görülüb.
Müştərilərin məmnunluq indeksi sorğular vasitəsilə tərtib edilir - təşkilat müxtəlif smartfon sahiblərindən öz qurğularından razı olub-olmadığı barədə soruşurlar. Sorğu 15 aprel 2019-cu ildən 20 mart 2020-ci ilədək 27 min istifadəçi arasında aparılıb. Bu haqda "Appleinsider.com" nəşri yazır.
İstehsalçıların reytinqində ən yaxşı smartfonlar "Apple" şirkətinə məxsus olub - bütün "iPhone" smartfonlarının 82%-i öz qurğularından razıdır. "Samsung Galaxy" smartfonlarında bu göstərici 81% olub. 79% məmnunluq indeksinə malik "LG" şirkətinin smartfonları üçüncü yerdə qərarlaşıb.