“Facebook” əməkdaşları ilin sonunadək evdən işləyəcək
8 May 2020 16:15 İKTABŞ-ın "Facebook" şirkəti koronavirus pandemiyası ilə əlaqədar öz əməkdaşlarına 2020-ci ilin sonunadək evdən işləməyə icazə verəcək.
Sosial şəbəkə ofislərinin böyük əksəriyyətini iyulun 6-dan etibarən açmağı planlaşdırır. Bununla belə, hansı əməkdaşların ofisdən işləyəcəyi hələlik müəyyənləşdirilməyib.
Şirkətin rəhbəri Mark Zukerberq bir müddət əvvəl bildiribi ki, azı 2021-ci ilin iyulunadək 50 nəfərdən çox əməkdaşın iştirakı ilə toplantılar keçirilməyəcək.
Trend.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31