"WhatsApp" istifadəçilərinə maliyyə yardımı edəcək

"WhatsApp Pay" adlı ödəniş sistemi vasitəsilə istənilən "WhatsApp" istifadəçisi gündəlik tələbatını ödəmək üçün 2000 ABŞ dolları həcmində kredit götürə biləcək.

Olaylar.az xarici mediya istinadən bildirir ki, kreditə götürülən pullar ilk əvvəl servisin öz hesabına yatırılacaq. Daha sonra isə "Unified Payments Interface (UPI)" ani ödəniş servisinin köməyi ilə vəsaiti bank hesabına (bank kartı və ya elektron cüzdana) köçürmək mümkün olacaq.

Hal-hazırda "WhatsApp" tətbiqinin təqdim etdiyi bu imkandan yalnız Hindistanda yaşayan istifadəçilər yararlana bilir. Lakin şirkət nümayəndələri ödəniş sisteminin özünü doğruldacağı təqdirdə yeniliyi - Rusiya, Avropa, Ukrayna və digər ölkələrin istifadəçiləri üçün təqdim edəcəklərini bildiriblər. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31