Pandemiya səbəbindən internet trafikinin həcmi təxminən 50% yüksəlib
4 May 2020 11:38 İKT"Samsung" şirkətinin mütəxəssislərinin məlumatına görə, pandemiya səbəbindən internet trafikinin həcmi təxminən 50% yüksəlib.
Dünyanın müxtəlif ölkələrində trafikin həcmindəki dəyişikliklər təhlil edilib. Nəticədə hər yerdə artım müşahidə olunduğu məlum olub. Sabit genişzolaqlı rabitə şəbəkələrində trafikin həcmi 48% təşkil edib, yəni təxminən 50% artım qeydə alınıb. Mobil rabitə sahəsində trafik 24% artıb.
Həmçinin mütəxəssislər ixtisaslaşdırılmış xidmət və proqramların auditoriya və trafikini ayrıca araşdırıblar. Bu göstəricilər üzrə "Zoom" videokonfranslar xidmətində böyük artım qeydə alınıb. Onlayn təhsil proqramlarının auditoriyası 437%, tibbi xidmətlərdə isə 234% yüksəlib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31