“Telegram”dan YENİLİK

"Telegram" 2020-ci ildə messencer istifadəçilərinə qrup şəklində videozənglər funksiyasını təqdim etməyi planlaşdırır."Telegram" şirkətinin məlumatında deyilir: "Hazırkı qlobal izolyasiya rejimi video rejimində ünsiyyət üçün etibarlı vasitəyə zəruriliyi nümayiş etdirdi. 2020-ci ildə videozənglər 2013-cü ildəki yazışmalara bənzəyir. Etibarlı, rahat olan, lakin bu iki keyfiyyəti özündə birləşdirməyən mobil əlavələr mövcuddur. Biz bunu aradan qaldırmaq istəyirik və diqqəti 2020-ci ildə təhlükəsiz qrup şəklində videozənglər funksiyasını təqdim etməyə yönəldəcəyik".

Messencerdə yeni funksiyanın nə vaxt tətbiq ediləcəyi barədə məlumat verilmir.

Qeyd edək ki, "Telegram" messenceri 2013-cü ildə "VKontakte" təsisçisi Pavel Durov tərəfindən yaradılıb. "Telegram" 2018-ci ildən Rusiya məhkəməsinin qərarı ilə ölkə ərazisində bloklanıb. Buna səbəb kimi messencer rəhbərliyinin istifadəçi yazışmalarının şifrləmə açarlarını Rusiya Federal Təhlükəsizlik Xidmətinə təqdim etməkdən imtina etməsi göstərilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31