“Whatsapp”a iki yeni funksiya gəlir!

"Whatsapp" sosial şəbəkəsi daha iki yenilik etməyə hazırlaşır.

İlk yeni özəllik pandemiya ilə bağlı işini evə daşıyanlarla sıx bağlıdır.

Sosial şəbəkədəki video-konfrans xüsusiyyətindən indiyədək sadəcə 4 nəfər eyni anda yararlana bilirdi. İndi isə şirkət bu sayı 8-ədək artırıb. Funksiya yaxın günlərdə "IOS" və "Android" istifadəçiləri üçün təhvil veriləcək.

İkinci özəllik isə Ümumdünya Səhiyyə Təşkilatı ilə "Whatsapp"ın birgə ərsəyə gətirdiyi stikerlərdir. Bundan sonra sosial şəbəkəyə 21 yeni stiker əlavə olunacaq.

Axşam.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31