“Apple” öz mağazalarının işini dayandırır

ABŞ-ın "Apple" korporasiyası koronavirusa görə Çindən kənarda yerləşən mağazalarının işini dayandırır. Pərakəndə mağazalar martın 27-dək bağlı olacaq.

Kontinental Çin, Honkonq, Makao və Tayvanda yerləşən ticarət nöqtələri istisnadır.

Şirkət infeksiyaya yoluxma hallarının sayının artması fonunda əməkdaşları və müştəriləri qorumaq naminə bu tədbirləri alıb. Bundan başqa, "Apple" şirkəti "COVID-19" ilə mübarizəyə vəsait ayırıb.

Son məlumatlara görə, dünyada koronavirusa yoluxmuş şəxslərin sayı 143 mini ötüb. Bu halda 72302 nəfər sağalıb, 5388 nəfər isə ölüb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31