Məşhur şirkət 1,1 milyard cərimələndi

Fransa ABŞ-ın "Apple" şirkətini cərimələyib.

Fransız Rəqabət Təşkilatı texnologiya şirkətinə rəqabət qaydalarını pozduğu üçün 1,1 milyard avro məbləğində cərimə kəsib.

Qurumdan verilən açıqlamada "Apple"ın öz paylama şəbəkəsindən istifadə edərək qanunsuz razılaşmalar əldə etdiyi və müstəqil paylama şəbəkələrinin də "iqtisadi asılılıqları"ından sui-istifadə olunduğu bildirilib.

Bundan başqa, "Apple"a aid toptançı "Tech Data" şirkətinə 63 milyon, "Ingram Micro"ya isə 76 milyon avro cərimə kəsilib.

Publika.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31