Avtomatik silinən mesajlar funksiyası əlçatan olacaq - “WhatsApp”da
Avtomatik silinən mesajlar funksiyası əlçatan olacaq - “WhatsApp”da
16 Mart 2020 12:42 İKT"WhatsApp" messencerinin "Android" əməliyyat sistemi üçün beta versiyasında istənilən istifadəçi avtomatik silinən mesajlar funksiyasını sınaqdan keçirə bilər. Sözügedən funksiya çatlarda mesajların müəyyən vaxtdan sonra (saat, gün, həftə, ay və ya il) avtomatik silinməsinə imkan verir.
Bu funksiya ilk növbədə təhlükəsizlik baxımından əlverişlidir: göndərilmiş mesajların kənar şəxslər tərəfindən oxunmasından narahat olmağa ehtiyac yoxdur.
Mesajların avtomatik silinməsi funksiyası şəxsi çat və qrup yazışmalarında işləyəcək. Funksiya bütün çatlar üçün ayrıca tənzimlənir.
"WhatsApp" messencerində avtomatik silinən mesajlar funksiyası proqramın son versiyasında əlçatan olmalıdır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31