Mitinqlərdə üztanıma sistemindən istifadə ediləcək

Mitinqlərdə üztanıma sistemindən istifadə ediləcək

Hindistan hakimiyyəti mitinqlərdə üztanıma texnologiyasından istifadə edəcək. Cari ilin fevralında Hindistanın paytaxtında baş vermiş kütləvi iğtişaşlar nəticəsində 53 nəfər ölüb, çoxlu insan yaralanıb.

İndi Hindistanın daxili işlər naziri Amit Şah bildirib ki, araşdırma vaxtı hökumət üztanıma sisteminin köməyi ilə 1100 iğtişaşçını müəyyənləşdirib. O həmçinin deyib ki, polis gələcəkdə etirazçıları müəyyənləşdirmək üçün eyniləşdirmə məlumat bazasından istifadə edəcək.

Hindistan hakimiyyəti, həmçinin cinayətkarları tutmaq üçün "e-Vahan" milli məlumat bazasından istifadə edib. "Biz videomaterialları aldıqdan sonra şübhəli şəxsləri müəyyənləşdirmək üçün üzləri "e-Vahan" məlumat bazasındakı şəkillərlə tutuşdurmaq məqsədilə proqram təminatından istifadə etmişik" - Dehli polisinin baş zabitinin hesabatında deyilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31