Asiyanın ən varlı adamının adı açıqlandı
Asiyanın ən varlı adamının adı açıqlandı
10 Mart 2020 11:39 İKTÇinin "Alibaba" koporasiyasının qurucusu Cek Ma Asiyanın ən varlı adamı olub.
Olaylar.az bildirir ki, b u barədə "Bloomberg" agentliyi məlumat yayıb.
"Bloomberg" iş adamının sərvətini 44,5 milyard ABŞ dolları dəyərində qiymətləndirib ki, bu da onu dünyanın ən varlı adamları siyahısında 18-ci edib.
Qeyd edək ki, "Alibaba" şirkəti 1999-cu ildə yaradılıb və dünyada elektron ticarət və rəqəmsal ödənişlər ilə məşğul olan ən böyük təşkilatlardan biri hesab olunur. Cek Ma isə şirkətin yaranmasının 20 illiyində - 10 sentyabr 2019-cu ildə rəhbər vəzifəsindən ayrılıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31