Dünyanın ən güclü superkompüteri yaradıldı
Dünyanın ən güclü superkompüteri yaradıldı
6 Mart 2020 11:13 İKTABŞ-da "El Capitan" adlı dünyanın ən güclü superkompüteri hazırlanıb. "El Capitan" Lourens adına Livermor Milli Laboratoriyası və "Hewlett Packard Enterprise" şirkəti tərəfindən ABŞ Energetika Nazirliyi üçün hazırlanıb. O, "Zen 4" nüvəsinə malik "Genoa" kod adlı növbəti nəsil "AMD EPYC" prosessoru və yeni "Radeon Instinct" qrafik prosessoru ilə təchiz edilib. "El Capitan" dünyanın hazırkı 200 superkompüterindən 10 dəfə güclüdür.
Məlumata görə, superkompüter ABŞ-ın təhlükəsizliyini qorumaq, xərçəng dərmanlarının axtarışı və xərçəng xəstəliyi hallarının 30 faizi ilə bağlı "RAS" zülallarında mutasiyaların tədqiqi üçün istifadə ediləcək.
2023-cü ilin əvvəlində buraxılacaq "El Capitan" superkompüterinin qiyməti 600 milyon dollar təşkil edir.