“AzInTelecom”un üçüncü Data Mərkəzi “TIER III” sertifikatına layiq görüldü

“AzInTelecom”un üçüncü Data Mərkəzi “TIER III” sertifikatına layiq görüldü

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin nəzdində fəaliyyət göstərən, Azərbaycanda ilk "TIER III" standartlı Data Mərkəzinin yerləşdiyi "AzInTelecom" MMC öz imkanlarını genişləndirir. Nazirlikdən "OLAYLAR"-a bildirilib ki, "Azcloud" bulud xidmətləri tərəfindən göstərilən xidmət sahələrinin artması nəzərə alınaraq, mövcud Data Mərkəzinin texniki imkanlarının artırılması məqsədilə Bakı şəhərində "AzInTelecom"un inzibati binası ərazisində yeni Data Mərkəzinin inşası işləri tamamlanmaq üzrədir. Bu yaxınlarda yeni mərkəz dayanıqlılıq səviyyəsinə görə ABŞ-ın "Uptime Institute" təşkilatının "TIER III Design" uyğunluq sertifikatına layiq görülüb.

Qeyd edək ki, Bakı şəhərində "AzInTelecom" MMC-nin inzibati binası ərazisində inşa edilən yeni Data Mərkəzi müəssisənin "TIER III" standartları əsasında qurulan sayca 3-cü Data Mərkəzidir. 2019-cu ildə Yevlax şəhərində inşasına başlanılan Data Mərkəzi "TIER III Design" sertifikatına və 2015-ci ildə Bakı şəhərində yerləşən Data Mərkəzi "TIER III Facility" uyğunluq sertifikatlarına layiq görülüb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31